Nobel prospektinin təmirə bağlanmış hissəsi bu gün açılır
21 may 2015 14:53 (UTC +04:00)

Nobel prospektinin təmirə bağlanmış hissəsi bu gün açılır

Alfred Nobel prospektinin “Ağ şəhər”in  qarşısından Afiyəddin Cəlilov küçəsinədək olan və təmir olunan təqribən 700 metrlik hissəsində son tamamlanma işləri görülür. Lent.az Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-yə istinadən xəbər verir ki, cəmiyyət tərəfindən aparılan təmir işləri çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, yenisi ilə əvəz olunub. Ümumilikdə 13 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyü döşənib. Yol boyu 1400 paqon-metr səki daşı dəyişdirilib.

 

Hazırda kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənir, səth suların normal axıdılması üçün zəruri olan ərazilərdə yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilir. Sözügedən ərazidə yol cizgilərinin, yol göstərici xətlərinin və piyada keçidlərinin xətlənməsi, yol ayrıcı zolaqlarda yaşıllaşdırma işləri həyata keçirilir. Bütün bu işlərin axşam saatlarında tam olaraq yekunlaşdırılması planlaşdırılır. Bundan sonra nəqliyyat vasitələrinin hərəkəti burda tam bərpa olunacaq.

 

 Xatırladaq ki, Nobel prospektinin Yusif Səfərov küçəsinin kəsişməsindən “Ağ şəhər”ə qədər olan 1.6 kilometrlik hissəsində də təmir-tikinti işləri aparılıb. Artıq yol yeni görkəmdə sürücülərin ixtiyarına verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 131
avatar

Oxşar yazılar