Müsavat partiyasının üzvü Nigar Yaqublu ilə həbsdə olan AXCP sədrinin müavini Seymur Həzinin nikah mərasimi baş tutib.
Lent.az-ın məlumatına görə, bu barədə N. Yaqublunun yaxınları sosial şəbəkədə məlumat veriblər.
Nikah mərasimi bu gün saat 14:00-da 17 saylı cəzaçəkmə müəssisəsində keçirilb.
Qeyd edək ki, N. Yaqublu ilə S. Həzinin nikah mərasimi dünən baş tutmalıydı. Lakin dünən N. Yaqublu Ədliyyə Nazirliyinin onları evləndirməkdən imtina etməsi ilə bağlı sosial şəbəkədə status paylaşmışdı. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirmişdi ki, ASAN və Penitensiar Xidmətə təqdim olunan məktuba əsasən nikah mərasimi avqustun 2-nə nəzərdə tutulub.