Niderlandda 40 ölkənin tələbələrinə Avropa Oyunlarının təqdimatı keçirilib
25 may 2015 12:32 (UTC +04:00)

Niderlandda 40 ölkənin tələbələrinə Avropa Oyunlarının təqdimatı keçirilib

Niderlandın Roterdam şəhərində yerləşən Roterdam Erasmus Universitetində “Bakı 2015” 1-ci Avropa Oyunlarının təqdimatı keçirilib.

 

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, təqdimatda azərbaycanlı tələbələrlə yanaşı, Niderland, Belçika, Lüksemburq, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Böyük Britaniya, İrlandiya, Almaniya, Avstriya, İsveçrə, İslandiya, Norveç, Polşa, Rusiya, Ukrayna, Çexiya, Bolqarıstan, Moldova, Rumıniya, Macarıstan, Serbiya, Çin, Tayvan, Koreya, Yaponiya, İndoneziya, Vyetnam, Hindistan, Nepal, Gürcüstan, Qazaxıstan, İran, Türkiyə, ABŞ, Kanada, Surinam, Braziliya və Kolumbiyadan olan 100-dən artıq tələbə iştirak edib.

 

Təqdimat zamanı iştirakçılara tarixdə ilk dəfə keçiriləcək “Bakı 2015” 1-ci Avropa Oyunları, oyunların mahiyyəti və oyunlarda əhatə olunacaq idman növləri haqqında məlumat verilib.

 

Təqdimatın gedişatında Avropa Oyunlarının keçiriləcəyi idman tikililəri haqqında fotoşəkillər və Avropa Oyunlarına dair hazırlanmış video-çarx iştirakçıların diqqətinə çatdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar