Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Aprel
08 aprel 2016 20:15 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 Aprel

GÜNÜN ŞƏRHİ
 
“Dördgünlük müharibə”nin ən real nəticəsi hələ irəlidədir. Hərbi əməliyyatlardan sonra yaranan mənzərə az-çox hər kəsə məlumdur. Bu mənzərənin sosial partlayışa hamilə olan Ermənistan cəmiyyətinə necə təsir edəcəyini təxmin etmək çətin deyil. Keçmiş silahdaşlarının Sərkisyanı satqın adlandırması prosesin başlanğıcı sayıla bilər. İtkilərin sayının çox olması isə öləziməkdə olan közün üzərinə tökülən neftdir. Ermənistanda daxili narazılıqların artması çox gözləmək lazım gəlməyəcək, Sərkisyan və komandası hələlik bu narazılıqları Rusiyaya qarşı ittihamlarla söndürməyə çalışır. Üstəlik verilən bəyanatların Rusiya ilə əvvəlcədən razılaşdırıldığı açıq-aydın görünür. Erməni kütləvi informasiya vasitələrinin prezidenti satqınlıqda ittiham edən bəyanatları tirajlaması da başqa maraqlı məqamdır. Bu, Ermənistanda hakimiyyətə qarşı narazılığın əməlli-başlı artması, üstəlik narazı tərəflərin təkcə cəmiyyətdən deyil, həm də hakimiyyət uğrunda mübarizənin tərəflərindən ibarət olduğunu göstərir. 
 
Vüqar MƏSİMOĞLU

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 266
avatar

Oxşar yazılar