GÜNÜN ŞƏRHİ
İranın nüvə proqramı ilə bağlı prinsipial razılaşma iki ölkə arasında ən azı iyul ayınadək insidentlərin olmamasını tələb edir. Tərəflər bu razılaşmanı alqışlasalar da, Tehranda Xamneyinin, Vaşinqtonda isə “qırğıların” timsalında imzalanacaq bu sazişin əleyhdarları var. Əleyhdarlar siyahısına hər iki ölkənin hərbi komandanlığını da daxil etmək olar. Ən böyük problem tərəflər arasında qarşılıqlı etimad mühitinin olmamasıdır. Bu səbəbdən razılaşmanın əleyhinə olan qüvvələr münasibətləri gərginləşdirə biləcək hər məqamdan ustalıqla istifadə edir. Hörmüz boğazında ABŞ gəmisinin saxlanmasına, Pentaqonun təhlükəsizlik bəhanəsi ilə bölgəyə hərbi gəmilər göndərmək qərarına və İranın sərt etirazına bu kontekstdə baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, hərbi güc nümayişi İranın nüvə proqramı ilə bağlı prinsipial razılaşmanın sazişə çevrilməsinə mane olacaq əsas vasitədir. Və hər iki tərəfdə bu vasitədən ikiəlli yapışan qüvvələr kifayət qədərdir. İndi həlledici söz sazişin imzalanmasını istəyən Barak Obama və Həsən Ruhaninindir. Prezidentlərin mövqeyi onların həm də ölkələrində nə dərəcədə söz sahibi olduqlarını göstərəcək. Ən azı Həsən Ruhaninin...

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 May
Oxşar yazılar

Vəfat edən hərbçi dəfn olundu
2 mart 2025 , 13:56
İlk dəfə buraxılış imtahanları keçirildi-FOTO
2 mart 2025 , 12:50
Felmar Ələkbərli vəfat etdi
2 mart 2025 , 12:16
Səsyazısı yayılan direktorla bağlı araşdırma aparılacaq
2 mart 2025 , 10:24
Bu gün Xocalı, Xankəndi və Şuşada ilk dəfə buraxılış imtahanı keçiriləcək
2 mart 2025 , 00:06
Mart ayında güclü maqnit qasırğaları olacaq: Təhlükəli tarixlər
1 mart 2025 , 17:15
Ramazan ayının birinci gününün DUASI
1 mart 2025 , 13:43