Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyul
04 iyul 2015 20:00 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 İyul

GÜNÜN ŞƏRHİ

 

Bəzən onları qınayır, bəzən onlarla fəxr edir, bəzən onları axtarır, bəzən də onlardan qaçırıq. Söhbət, bizdən - mülki vətəndaşlardan və polislərdən gedir.

 

Yadıma gəlir, biz kiçik olanda oğlan uşaqlarından "böyüyəndə hansı peşənin sahibi olacaqsan?" deyə soruşduqda, hər iki-üç uşaqdan biri "polis" deyə cavab verərdi. Çünki polis bizim gözümüzdə heç kimdən qorxmayan, əksinə hamının ondan qorxduğu, cəsur, qəhrəman, bir sözlə, əsl kişi obrazı idi. Bəlkə də dünyaya, sadəcə, kişi cinsi kimi gəldiyimizdən idi ki, sonradan kişi kimi yaşamağın və ölməyin nə qədər çətin və şərəfli olduğunu hələ anlamış deyildik. Amma bunu anlayanlar, bu çətinliyi gözə alanlar oldu...

 

Azərbaycanın azadlığı uğrunda canlarından keçən, baş verə biləcək hər hansı təhlükənin üzərinə mətin addımlarla gedən, Bakıda bu yaxınlarda bina yanğınında həyatını riskə ataraq azyaşlı körpəni ölümdən qurtaran, Xırdalanda bankdan insanların və dövlətin pulunu qaçırmaq istəyən quldura qarşı müqavimət göstərən və iki gün əvvəl peşə bayramını qeyd edən, 40 gün əvvəl ata olmağının sevincini yaşayan, buna rəğmən bütün ailəsini, yaxınlarını, hətta qırx günlük körpəsini düşünmədən, öz səlahiyyətlərindən kənara çıxıb bir Azərbaycan xanımını boğulmaqdan xilas edərkən özü boğulan şanlı Azərbaycan polisi, çavuş Zaur kimi...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar