Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Avqust
04 avqust 2015 20:12 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 4 Avqust

GÜNÜN ŞƏRHİ
 
Terrorçu fəaliyyətdə boru kəmərlərini partlatmaq iqtisadi sabotajın ən populyar növüdür. Sabotajın məqsədi təkcə dövlətə iqtisadi zərər vurmaq deyil, məqsəd həm də terrorçu fəaliyyətin təsir dairəsini qonşu dövlətlərədək genişləndirməkdir. İqtisadi sabotajların yekun hədəfi həm də ölkənin enerji təhlükəsizliyi üçün təhdid formalaşdırmaqdır. Son iki gündə kəmərlərdə törədilən partlayışlarla terrorun dairəsi Azərbaycanın maraqlarına qədər uzandı. Azərbaycan bu partlayışdan iqtisadi zərər görməyib, amma bu akt artıq PKK-nın Gürcüstan və  Azərbaycan üçün potensial təhdid kəsb etdiyini göstərir. İran artıq PKK terrorundan sığortalanmaq üçün Türkiyə ilə sərhədi bağlayıb. Tehranın bu addımını bəlkə də bu ölkənin maraqları baxımından anlamaq olar, lakin bu, həm də PKK-nı öz niyyətinə çatdırıb. İranın sərhədləri bağlaması həm də PKK terrorunun əsas hədəfi olan Şərqi Anadolunun iqtisadi baxımdan zərərə uğraması deməkdir. Türkiyə Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionuna yük daşımalarının əksəriyyətini İran üzərindən həyata keçirir, sərhədlərin bağlı qalması həm türk sənayesi üçün ciddi problemlər yaradacaq. Lakin bu durum Türkiyə üçün yeni deyil, ölkə son 30 ildə ən az 30 dəfə bu situasiya ilə üzləşib və terrorun təsirini neytrallaşdırmaq, uğradığı zərərləri ikiqat uğurla əvəzləməyi bacarıb. Zərərin uğura çevrilməsi yolu isə PKK-ya qarşı irimiqyaslı hərbi əməliyyatlardan keçir. Ankara isə əvvəlki dönəmlərdən fərqli olaraq bu dəfə quru əməliyyatlarına başlamaqda ləngiyir. Bu lənglik kimin xeyrinə işləyir? Bu sualı vermək də, suala cavab almaq da əbəs yerə vaxt itirməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 176
avatar

Oxşar yazılar