Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Fevral
03 fevral 2016 20:04 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 3 Fevral

0
 
 
[2/3/16, 7:16 PM] Vuqar Huseynli ([email protected]):GÜNÜN ŞƏRHİ
 
Önümüzdəki həftələr neftin qiymətinin stabilləşməsi baxımından mühüm olacaq. Neftin taleyi fevral ayında gözlənilən çoxsaylı qərarlardan əhəmiyyətli dərəcədə asılıdır. OPEK və Rusiya arasında danışıqlar, Suriya münaqişəsinin nizamlanmasına dair dialoqun yekunu, İranın neft bazarına əlavə həcm çıxarması, ən nəhayət ayın sonunda ABŞ Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsini artırıb-artırmamaqla bağlı ilk mülahizələr neftin taleyini həll edəcək. Bu səbəbdən dünya bazarında qara qızılın qiymətinin hər gün müəyyən intervallarda artıb-azalacağı adi proses sayılmalıdır. Bir gerçəklik var - iqtisadi böhranın növbəti mərhələsini geridə qoymuş və ən ağır mərhələni qarşılamağa hazırlaşan inkişaf etmiş ölkələr neftin qiymətinin ucuzlaşmasında maraqlıdır. Və bunu iqtisadi böhrandan çıxmaq üçün əsas vasitə hesab edirlər. O səbəbdən ortamüddətli perspektivdə neftin qiymətinin kəlləçarxa vuracağını iddia etmək üçün ciddi bir əsas yoxdur.
 
Vüqar MƏSİMOĞLU

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar