Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 İyul
31 iyul 2015 20:00 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 31 İyul

Jurnalist bitərəf olmalıdır deyirlər. Həmçinin televiziya, xəbər aparıcısı da... Teleaparıcı oxuduğu mətnin, təqdim etdiyi süjetin mahiyyətindən və nə dərəcədə təsirli olmasından asılı olmayaraq, hisslərə qapılmamalı, həyəcanını büruzə verməməlidir.

 

Amma xəbər aparıcısı da sonunda bir insandır. Bəzən elə xəbərlər olur ki, bu şərtlərə əməl etmək mümkün olmur. Türkiyəli xanımın efirdə şəhid xəbərinə təsirlənməsi və göz yaşlarına sahib ola bilməməsi də belə istisnalardandır. Bu, həm də o xanım aparıcının əslində millətsevərliyinin, vətənpərvərliyinin göstəricisidir... Və məncə, bu hisslər hansı sənətin sahibi olmasından asılı olmayaraq, hər bir insan üçün şərtdir. Bu gün o türk qızı göz yaşları ilə həm tamaşaçılarına, həm də dünyadakı bütün həmkarlarına məhz bunu başa saldı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 221
avatar

Oxşar yazılar