Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 İyul
02 iyul 2016 20:00 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 2 İyul

YORUM


Suriya məsələsində onsuz da daim öz maraqları prinsipindən çıxış edən Türkiyə ilə Rusiya arasında mövqelər yaxınlaşır. Bu yaxınlaşma üçün isə tərəflərdən biri güzəştə getməli idi. Bunu Türkiyə tərəfi etdi.

 

Çavuşoğlu görüş zamanı Ankaranın yalnız İŞİD-i yox, bu vaxta qədər dəstəklədiyi "Ən-Nüsra Cəbhəsi"ni də terror qruplaşması kimi tanıdığını bildirdi. Çünki "Ən-Nüsra Cəbhəsi"nin tez məhv edilməsi Rusiyaya lazımdır. Ona görə ki, Qərb bu qruplaşmadan Kremlin müttəfiqi Əsədə qarşı istənilən an istifadə edir. Türkiyənin bu vaxta qədər "Ən-Nüsra"nı dəstəkləməsində isə öz məqsədləri olub. Bu qruplaşmada həm də Türkiyəyə torpaq iddiası olan anti-PKK meylləri var. Türkiyə dəfələrlə "Ən-Nüsra"nın beynəlxalq miqyasda terror qruplaşması kimi tanınmasına da qarşı çıxıb. O zaman sual yaranır - niyə Türkiyə birdən-birə bu dəstəkdən əl çəkdi?

 

Ərdoğanın Putinlə telefon danışığından sonra Türkiyənin Suriya siyasətində dəyişikliklər edəcəyi barədə öhdəliklər götürdüyü məlumdur. Amma Ankara həm də öz maraqlarını əldən vermək istəmir. Ona görə də Türkiyə Suriya məsələsində yeni oyun qaydaları düşünməyə məcburdur. Soçi görüşündə Çavuşoğlunun mesajla hazırda İŞİD-in və "Ən-Nüsra Cəbhəsi"nin nəzarət etdiyi ərazilərdə olan və Türkiyənin "konstruktiv vətənpərvər müxalifət" adlandırdığı qruplaşmaları oradan çıxmağa çağırması buna sübutdur. Çünki həmin birləşmələr nə qədər ki, o ərazidədir, Rusiyanın terrorçu hesab etdiyi və bombaladığı qruplaşmalardan fərqləri yoxdur.

 

Türkiyənin Suriyada öz maraqları naminə dəstək verəcəyi qruplaşmalar var. Rusiya və Türkiyənin anlaşması ərəfəsində Obamanın Putinə Suriya məsələsi ilə bağlı yeni saziş təklif etməsi isə bir daha sübut edir ki, doğrudan da regionda hərə öz mövqeyini yenidən nəzərdən keçirməyə başlayır və Suriyada sülh hələ ki, heç üfüqdə belə görünmür...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 191
avatar

Oxşar yazılar