Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 May
22 may 2015 20:16 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 May


GÜNÜN ŞƏRHİ
 
Beynəlxalq sistemdə güc faktorunun hüquq prinsiplərinin önünə keçməsi faktdır. Hüquqi baxımdan təsbit olunmasa da, dövlətlərarası münasibətlər bu fakt nəzərə alınaraq qurulur, xarici siyasətdə bu fakt mütləq nəzərə alınır. Günün paradoksu beynəlxalq hüququ güc faktorunun kölgəsində qoyan supergüclərin davranışındadır. Öz siyasətlərini güc, basqı, təzyiq amili üzərində quran supergüclər digər dövlətlərin bu cür yanaşmasını qəbul etmirlər. 20 ildən çoxdur Avropanın siyasi institutlarının ikili standart siyasətinə dözən rəsmi Bakı artıq kartları açıq oynamağı təklif edir - siyasi Avropa Ermənistana münasibətini dəqiqləşdirməli, bu ölkənin işğalçı olduğunu qəbul etməli, beynəlxalq hüququn normalarının təsbitinə çalışmalıdır. Əks təqdirdə bunu etməyən Avropa İttifaqı heç tərəfdaş qismində belə Azərbaycana lazım deyil və münasibətlərə yenidən baxılması zəruridir. Azərbaycanın Avropa İttifaqından ikili standartlara son qoymaq tələbini, son qoymayacağı təqdirdə münasibətlərə yenidən baxacağı bəyanatını bu prizmadan dəyərləndirmək lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 233
avatar

Oxşar yazılar