Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 İyul
19 iyul 2016 20:11 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 19 İyul

YORUM
 
Çevriliş cəhdinin uğursuzluqla başa çatmasına və AKP hakimiyyətinin yenidən bərqərar edilməsinə rəğmən, investorlar Türkiyənin maliyyə bazarını tərk etməkdə qərarlı görünür. Çünki ölkədə konstitusiyanın dəyişdiriləcəyi, eləcə də qanunlara yenidən baxılacağı gözlənilir. Yəni ölkədə qeyri-müəyyənlik var.
 
Treyderlər isə qeyri-müəyyənliyi qətiyyən sevmir və ən yaxşı halda, vəziyyətin aydınlaşmasına qədər gözləmə mövqeyi tutmağa üstünlük verirlər. Hazırda ölkədə kənar risklərin qiymətləndirilməsi prosesi gedir. Belə olan halda isə cari ilin üçüncü rübündə türk aktivlərinin alınması sərmayəçilər üçün bağlanmış mövzudan başqa bir şey deyil.
 
Ötən həftənin sonunda Türkiyə Mərkəzi Bankı ilə ölkədə fəaliyyət göstərən bank rəhbərləri arasında görüş keçirildi. Həmin görüşün nəticələrinə uyğun olaraq, maliyyə bazarlarında vəziyyəti stabilləşdirmək üçün banklar üzərindən likvidlik məhdudiyyətinin aradan qaldırılması qərara alındı. Amma görünür ki, bu addımın heç bir təsiri olmadı. Buna görə də investorlar problemli bazarı tərk edərək, digərlərinə üz tutur... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar