Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 May
15 may 2015 20:09 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 15 May

GÜNÜN ŞƏRHİ
 
Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv qəbul olması bu koalisiyanın antiqərb mahiyyətini bir az da artırmış olacaq. Dehlinin bu qərarı eyni zamanda ABŞ-ın BRİCS daxilində parçalanma yaratma siyasətinin də iflasa uğraması deməkdir. Vaşinqton 10 illik hərbi müqavilələr təklif edərək Hindistanı Çin-Rusiya xəttindən ayırmaq istəsə də, Asiya regionunda böyük gücə çevrilməkdə olan bu ölkə Qərbin tələsinə düşmədi. Və antiqərb koalisiyasını gücləndirmək xəttinə üstünlük verdi. Çin, Rusiya, Braziliya, Cənubi Afrika Respublikası kimi Hindistanın da marağı iqtisadi əməkdaşlıq modellərini  hərbi əməkdaşlıq modelinə transformasiya etməkdir. NATO-ya qarşı antiqərb hərbi koalisiyasının yaranması dünyanın təhlükəsizlik sistemində bir tarazlıq yaratmış olar, eyni zamanda ABŞ-ın təkqütblü dünya düzəni planlarının üzərindən xətt çəkər. Hindistanın Şanxay Əməkdaşlıq Təşkilatını seçməsini bu istiqamətdə ilk addım kimi dəyərləndirmək olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 183
avatar

Oxşar yazılar