Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyun
11 iyun 2015 20:20 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyun

0

GÜNÜN ŞƏRHİ
 
Türkiyə vətəndaşları seçimlərdən sonra özünü Süleyman Dəmirəlin “Demokrasilərdə çarələr tükənməz” sözü ilə ovundurur. Qardaş ölkə koalisiya, yoxsa yeni seçkilər seçimi arasında qalıb. Təkbaşına iqtidar şansını itirən AKP üçün hakimiyyətdə qalmaq yolu koalisiya qurmaqdan keçir. Lakin kiminlə? Başında qara buludlar dolaşan Kılıçdaroğlu üçün AKP ilə koalisiya qurmaq öz karyerasını qorumaq üçün az qala yeganə çıxış yoluna çevrilib. Koalisiya qurulmasa, CHP-nin yeni seçkilərə yeni liderlə getmək ehtimalı daha çoxdur. MHP AKP ilə hər hansı formada əməkdaşlıq yollarını bağlayıb və yeni seçkilərin keçirilməsi tərəfdarıdır. HDP topladığı 13 faiz səslə hələlik diktə edən tərəfdir, amma yeni seçkilər perspektivi HDP-yə yaxşı heç nə vəd etmir. Sentyabrda yeni seçkilərin keçirilməsinə tərəfdar olanlar hesab edir ki, CHP və MHP seçkilərə “Koalisiya hökuməti qurmaq” strategiyası ilə gedərsə, bu ittifaqın ən az 276 mandat qazanmaq şansı olacaq. Bu strategiya elan olunarsa, səslərini HDP-yə əmanət etmiş solçular yenidən CHP-yə səs verə, 12 ildə MHP-ni AKP-yə dəyişən mühafizəkar elektorat yenidən doğma yuvaya qayıdar. MHP-nin sol partiya ilə ittifaq qurmasını xəyal hesab edənlər yanılırlar. Partiya bundan əvvəl Ecevit hökumətində təmsil olunub, ötən il keçirilən prezident seçkilərində isə CHP ilə vahid namizəd irəli sürüb. Yəni, niyyət təmiz olarsa, hər iki partiya üçün baxışlardakı ideoloji fərqi arxa plana atmaq çətin olmayacaq. Əgər bunu bacarmayacaqlarsa, o zaman Türkiyədə yaşanacaq siyasi böhrana görə məsuliyyətin bir hissəsi, bəlkə də böyük bir hissəsi bu iki partiyanın üzərində qalacaq...  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 213

Oxşar yazılar