Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyul
11 iyul 2016 20:10 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 11 İyul

YORUM

 

Ötən həftənin ortalarında neft bazarlarındakı qiymətlərdə müşahidə olunan son dərəcə kəskin enişdən sonra cümə günü "qara qızılın" qiymətlərində elə bir ciddi dəyişiklik olmadı və bazarlar həftəni sadəcə simvolik qiymət enişi ilə yekunlaşdırdı. Bəs bu həftə qiymətlər necə dəyişəcək və yenidən qiymət artımının olma şansı varmı?

 

Daha öncə neft qiymətlərindəki əsas enmə ABŞ tərəfindən ölkənin neft ehtiyatları və hasilat həcmi ilə əlaqəli hesabatın açıqlanmasından sonra baş verdi. Hazırda əminliklə demək olar ki, iri spekulyantlar qiymətlərin azalmasını bilərəkdən təşkil ediblər. Digər bazar iştirakçılarının "qara qızılın" qiymətinin artmasına çalışdıqları vəziyyətdə bunu etmək daha da asandır. Bu nəzəriyyənin doğruluğu isə artıq öz təsdiqini tapıb. 5 iyul tarixinə bir həftə qalmış az kapitala malik kiçik fondlar neft fyuçerslərində təqribən 10 milyon dəyərində qiymətləndirilən kiçik mövqelərə sahib oldular ki, bu da martın əvvəlindən ötən müddət ərzində 120 milyon barel ekvivalentinə bərabərdir. Sözügedən fyuçerslərdə şəffaf mövqenin hələ də əlçatmaz olmasına rəğmən, bu, heç də ən nəhəng bazar iştirakçılarının qiymətlərin azalmasında maraqlı olduğu anlamına gəlmir. Beləcə, ilin əvvəlində neft qiymətlərinin azaldığı bir vaxtda müəyyən qısa mövqelərin olduğu da müşahidə olunurdu ki, onların da qapadılması yekun nəticədə qiymətlərin artmasına səbəb oldu.

 

Hazırda isə biz bunun tam əksini müşahidə edirik. Fundamental olaraq, neft qiymətlərinin azalması üçün hər şey hazırdır. Kanada hasilatı artıq bərpa edib, digər ölkələr də neft çıxarılmasına fasilə vermək niyyətində deyil, Səudiyyə Ərəbistanında hasil olunan neftin həcmi artmaqda davam edir, Çin isə neft emalı zavodunun təmirə bağlanması səbəbindən idxalı məhdudlaşdırmağa hazırlaşır. Bundan əlavə, ABŞ-da slans sektorunun aktivləşməyə başlaması da bu istiqamətdə qorxu yaradan amillərdən biridir. Xüsusilə ötən həftə ABŞ-da qeyd olunan bu azalma əsas etibarilə Alyaskada hasilat səviyyəsinin 30 faiz azalması ilə əlaqələndirilirdi. Yaxın gələcəkdə isə bu göstəricinin yenidən bərpa ediləcəyi ehtimal olunur ki, bu da ştatlarda hasilatı yenidən artıracaq və belə olan halda işbazlar onun aşağı enməsi üçün müəyyən addımlara gedəcək. Belə olan təqdirdə bazarın daha kiçik iştirakçılarının baş verənləri anlaya biləcəyi də şübhə doğurur.

 

Qərbin iri mətbuat orqanları ABŞ-da hasilatın artdığı ilə bağlı məlumatları manşetə çıxaracaq ki, bunda da əsas məqsəd lazımi informativ fonun yaradılması olacaq. Texniki nöqteyi-nəzərdən də vəziyyət bir o qədər də ürəkaçan deyil. Neftin birjadakı dərəcələri mövcud göstəricidən xeyli aşağı düşüb və bir daha əvvəlki vəziyyətə qayıda bilməyiblər. Məntiqə uyğun olaraq biz sonrakı dövrdə artımla müşahidə olunacaq daha güclü qiymət azalmasını görə bilərik, lakin bu faktın özü də az ehtimal olunandır... 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar