Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə nəzarət qaydaları dəyişdi
03 may 2015 13:13 (UTC +04:00)

Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə nəzarət qaydaları dəyişdi

Baş nazir Artur Rasizadə Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda dəyişiklik edilməsi barədə qərar verib.

 

Nazirlər Kabinetindən Lent.az-a verilən məlumata görə, qərar “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi və “Yol hərəkəti haqqında” qanunun tətbiq edilməsi barədə” ölkə prezidentinin fərmanında dəyişiklik edilməsi haqqında” prezident fərmanının icrasını təmin etmək məqsədilə verilib.

 

 

Dəyişikliyə əsasən, “Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nın 2.2-ci bəndində “texniki nəzarətetmə vasitələrinin” sözləri “xüsusi texniki vasitələrinin” sözləri ilə əvəz edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar