Paytaxtın Niyazi küçəsinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Azneft meydanınadək olan hissəsində aparılan təmir işləri yekunlaşdığından artıq həmin yoldan keçən 6 və 65 nömrəli marşrut xətləri üzrə avtobuslar da əvvəldən müəyyən edilən sxem üzrə hərəkət edirlər.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Yəni təmirlə əlaqədar edilən müvəqqəti dəyişiklik ləğv edilib.