Neftçala və Salyanın enerji təchizatı yaxşılaşır
14 aprel 2017 11:35 (UTC +04:00)

Neftçala və Salyanın enerji təchizatı yaxşılaşır

Neftçala və Salyan elektrik şəbəkələrində “Azərişıq”ASC tərəfindən aparılan yenidənqurma və əsaslı təmir-tikinti işləri nəticəsində elektrik enerjisi təchizatı daha da yaxşılaşır.

 “Azərişıq” ASC-dən Lent.az-a verilən məlumata görə, Salyan EŞ-də 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 528 ədəd yeni beton və dəmir-beton dayaq basdırılıb, 25 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 35,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilib. Aprel ayının sonuna qədər daha 96 ədəd 0,4 kV-luq dayaq basdırılacaq. Neftçala EŞ-də isə 0,4 kV-luq hava elektrik verilişi xətti yenilənərək 738 ədəd yeni beton və dəmir-beton dayaq basdırılıb, 23 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb, 24,5 km uzunluğunda özünüdaşıyan izolyasiyalı naqil çəkilib.

 

Bildirilir ki, aprel ayının sonuna qədər daha 92 ədəd 0,4 kV-luq dayaq basdırılacaq. Rayon mərkəzlərində, qəsəbə və kəndlərində olan istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün yararsız, istismar müddəti başa çatmış avadanlıq müasir tipli avadanlıqlarla əvəz olunur, uzun illər istismar olunan agac dayaqlar yeni dəmir və dəmir beton dayaqlarla əvəzlənir, yararsız vəziyyətə düşmüş və heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) əvəz olunur. “Azərişıq” ASC bu istiqamətdə təxirəsalınmaz və operativ tədbirlər həyata keçirir.

 

Qeyd edək ki,  2017-ci il “Azərişıq” ASC-də 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması ili elan edilib və artıq aprel ayından bu şəbəkələrin yenidən qurulması proqramının icrasına başlanılıb. İstehlakçıların fasiləsiz və yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində “Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər cari ildə də davam etdiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Oxşar yazılar