Neft və Sənaye Universitetində star-tap məktəbi yaradılacaq
22 sentyabr 2015 16:17 (UTC +04:00)

Neft və Sənaye Universitetində star-tap məktəbi yaradılacaq

0

 

Ukrayna Milli Texniki Universitetinin nəzdində fəaliyyət göstərən İnformasiya Texnologiyaları və Təhsil İnstitutunun direktoru, professor İnna Malyukova Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) qonağı olub.  


Lent.az-ın məlumatına görə, tədbirdə innovativ layihələrin ADNSU-nə gətirilməsi, Star-tap məktəblərin yaradılması, Texnologiyaların transferi üzrə mütəxəssis hazırlığı, ixtisasdəyişmə, ixtisasartırma və 2-ci təhsil üzrə məsələlərə yeni yanaşma metodları ətrafında müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən rektor Mustafa Babanlı ADNSU-nun nəzdində star–tap məktəbinin yaradılması ideyasını irəli sürüb. Professor İnna Malyukova Azərbaycanda bu cür layihələrin həyata keçirilməsinə hərtərəfli dəstəyin veriləcəyinə ümid etdiyini qeyd edib.
 

 

Bu layihələrdə “SABAH” qruplarında oxuyan 100 gəncin iştirakı nəzərdə tutulur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar