Neft və Sənaye Universitetində “Bilik günü” qeyd edilib
15 sentyabr 2015 17:14 (UTC +04:00)

Neft və Sənaye Universitetində “Bilik günü” qeyd edilib

0

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bilik günü” qeyd edilib. Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bayram təbirini açan ADNSU-nun rektoru Mustafa Babanlı rəhbərlik etdiyi qurumun müəllim və tələbə heyətini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

 

SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə və millət vəkili Məlahət Həsənova da yeni tədris ilində universitetə və onun bütün əməkdaşlarına uğurlar arzulayıblar.

 

Tədbir zamanı universitetə yüksək balla daxil olmuş tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim olunub, 690 bal toplamış tələbəyə nootbuk, 650–dən artıq bal toplamış tələbələrə isə mobil telefon və digər hədiyyələr təqdim edilib.

 

Universitetdə uzun illər çalışan 4 müəllimə rektor tərəfindən hədiyyələr verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 485

Oxşar yazılar