Nazirlikdən ting hesabatı
18 oktyabr 2013 10:51 (UTC +04:00)

Nazirlikdən ting hesabatı

Nazirlikdən ting hesabatı – FOTO

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisində toxmacar və tingliklərin yetişdirilməsi məqsədilə 2011-ci ildə tinglik sahəsi yaradılıb.

 

Ekologiya  və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yeni yaşıllıqların salınmasında istifadə etmək məqsədilə yaradılmış tinglikdə bu günədək 342 min 500 ədəd toxmacar və tinglik yetişdirilib.

 

Onlardan 80 min 500 ədədi standart vəziyyətdədir və artıq nazirlik tərəfindən yaşıllıq zolaqlarının salınmasında istifadə olunur.  2,3 hektar sahəni əhatə edən tinglikdə 2011-ci ildə ümumilikdə 26 min 500 ədəd, o cümlədən 7500 Eldar şamı, 9 min 500 sərv, 5 min tuya, 4  min 500 liqustrum toxmacarı yetişdirilib və 2012-ci ilin yaz-payız mövsümlərində böyütmə sahələrinə köçürülüb. Çoxaltma işləri 2012-ci ildə də davam etdirilib, 19 min tut, 12 min meliya, 7 min 500 sərv, 6 min safora, 7 min 500 Eldar şamı və 2 min qlediçiya olmaqla, cəmi 54 min ədəd toxmacar standart ölçülərinə çatdırılıb. Eyni zamanda 2013-cü ilin I və II rüblərində 0,3 hektar ərazidə yeni tinglik sahəsi salınıb və hazırda həmin ərazidə 262000 ədəd toxmacar yetişdirilir. Toxmacarlar 2014-cü ilin yaz mövsümündə böyütmə sahələrinə köçürüləcək.
 

“Azəryaşlandşaft” ASC-nin Yaşıllaşdırma İdarələri tərəfindən ting və toxmacar ehtiyatını artırmaq məqsədilə tədbirlər davam etdirilir. Bütün Yaşıllaşdırma İdarələrində toxum tədarükü aparılır və torpaq sahələri hazırlanır. Artıq 2013-cü ilin payız mövsümündən “Azəryaşlandşaft” ASC-nin 1, 4, 6 və 12 saylı Yaşıllaşdırma İdarələrinin ərazilərində də yeni tingliklərin yaradılmasına başlanılıb. “Azəryaşlandşaft” ASC-nin “Qapalı Şəraitdə Örtülü Kök Sistemli” tinglik idarəsinin istixanasında da yetişdirilmiş toxmacarların (arizona sərvi, adi sərv, tuya, limon sərvi, ardıc və s. ağac və kol cinsləri) böyütmə sahəsinə köçürülməsinə başlanılıb və bu günə kimi 6000 ədəd toxmacar böyütmə sahəsinə köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1544
avatar

Oxşar yazılar