1 iyun- Uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Səhiyyə Nazirliyi tərəfindən Bakı şəhəri və bölgələrdə bir sıra xeyriyyə aksiyaları keçirəcək. Bu barədə Lent.az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Aksiyalar çərçivəsində Ucar, Tərtər və Astara rayonlarına ezam olunmuş Səhiyyə Nazirliliyinin həkim briqadaları tərəfindən uşaqlar arasında müayinələr aparılacaq.
Sabah Psixonevroloji Uşaq evində və 1 saylı Psixiatriya xəstəxanasında xeyriyyə tədbiri keçiriləcək.