Gənclər və idman naziri Azad Rəhimov tərəfindən cari ilin sentyabr ayının 21-də Sumqayıt şəhərində vətəndaşların qəbulu keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Sumqayıt şəhərinin, Şamaxı, Abşeron, Xızı və Qobustan rayonlarının sakinləri iştirak edəcəklər.
Qəbul saat 11.00-da Sumqayıt şəhəri 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binasında (Sumqayıt şəhəri, 5-ci mikrorayon, Sülh küçəsi 17) başlanacaq.
Qəbula gəlmək istəyən vətəndaşların 20 sentyabr 2013-cü il tarixinədək saat 09.00-dan 18.00-dək qeyd olunmuş şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamaları xahiş olunur.