Nazirdən mühüm tapşırıq
07 noyabr 2013 14:53 (UTC +04:00)

Nazirdən mühüm tapşırıq

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədovun rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətində respublika baytarlıq müşavirəsi keçirilib.

Lent.az-ın məlumatına görə, müşavirədə Dövlət Xidmətinin, rayon, şəhər baytarlıq idarələrinin, respublika və zona baytarlıq laboratoriyalarının rəhbərləri, alim və mütəxəssislər iştirak ediblər.

Müşavirədə çıxış edən nazir ölkənin baytarlıq xidmətinin müstəqillik dövründəki nailiyyətlərini qeyd edib, müasir dünyada baytarlığın mühüm rolundan söz açıb, baytarlıq xidmətinin qarşısında duran məqsəd və vəzifələrdən ətraflı danışaraq bu sahənin vacibliyi və inkişafı ilə bağlı fikirlərini bildirib. 

Baytarlıq xidməti kollektivi ilə aparılan fikir mübadiləsi zamanı baytar həkiminin nüfuzunun bərpa olunması, həkimlərin layiq olduqları və müasir tələblər səviyyəsində çalışmaları müzakirə edilib.

Nazir heyvanlar arasında baş verən xəstəliklərə qarşı aparılacaq mübarizə üçün xidmətin maddi-texniki bazasının yaxşılaşdırılamasının, laboratoriya və diaqnostik kabinetlərin müasir tələblər səviyyəsində qurulmasının vacibliyindən danışıb.

Müşavirənin sonunda naziri baytarlıq xidməti sahəsində çalışanlara mühüm tapşırıq və tövsiyələrini verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1633

Oxşar yazılar