Fiziklər bir-birindən ayrı yerləşən zaman kristallarının sinxron şəkildə hərəkət edə bildiyini göstəriblər.
Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.
Zaman kristalları atomların adi kristallardakı kimi məkanda deyil, zamanda periodik davranış göstərdiyi qeyri-adi kvant sistemləridir.
Yeni təcrübədə yarımkeçirici daxilindəki bir neçə zaman kristalı, sanki eyni ritmə düşən metronomlar kimi, öz hərəkətlərini sinxronlaşdırıb. Əlaqənin spin-polyarizə olunmuş elektronlar vasitəsilə yarandığı bildirilir.