Rusiyalı müğənni Andrey Qubin uzun müddətdən sonra ictimai tədbirdə görüntülənib və səhhəti barədə danışıb.
Lent.az xəbər verir ki, bu barədə “7 Дней” məlumat yayıb.
Uzun illərdir səhnədən uzaq qalan sənətçi həkimlərin onun sağlamlığı ilə bağlı proqnozlarına toxunub.
Qubin zarafatla həkimlərin onu “çoxdan dəfn etdiklərini” deyib. Müğənni uzun müddətdir üz nahiyəsində ağrılarla müşayiət olunan səhhət problemi barədə açıq danışır.