Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov “Tərəqqi” medalı ilə təltif edilib.
Lent.az-ın president.az-a istinadən məlumatına görə, prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. N. Novruzov MUxtar Respublikanın səhiyyə naziridir.
Dövlət başçısının digər sərəncamı ilə isə Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Qəzənfər oğlu Baxşıyev Muxtar Respublikanın sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib.