"Paytaxtımızda hər 900 metrdən bir metro stansiyasının yerləşməsi təmin ediləcəkdir ki, bu da Avropa standartlarına cavab verir”. Lent.az-ın məlumatına görə, bunu Bakı Metropoliteninin rəisi Tağı Əhmədov metropolitenin rəsmi saytında yazdığı məqaləsində bildirib. Onun sözlərinə görə, hazırda “Avtovağzal”, “Memar Əcəmi-2”, Ceyhun Səlimov küçəsindəki “B-3” stansiyalarında, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin yanında, Heydər Əliyev Sarayının arxasında, “Həzi Aslanov-2” stansiyasında, Köhnə və Təzə Günəşlidə tikinti işləri davam etdirilir.
“Azərbaycanda metro tikintisinin böyük gələcəyi var. Bu rahat və ekoloji cəhətdən təmiz ictimai nəqliyyat növündən Bakıətrafı qəsəbələrin, Sumqayıtın, hətta Naxçıvan və Gəncə şəhərlərinin sakinlərinin istifadə etməsi üçün zəruri tədbirlərin görülməsi də nəzərdə tutulub”.
Metropoliten rəisi onu da vurğulayıb ki, Azərbaycanı bütün sahələrdə, o cümlədən metropolitenin inkişafı sahəsində dünyanın ən öndə gedən ölkələri sırasına çıxaracaq.