Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunda yenidənqurma işlərinin davam etdirilməsi məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5 milyon manat ayrılıb.