“Ötən ilin sonuna olan məlumata görə, ölkə üzrə qeydiyyata alınan narkomanların ümumi sayı 27910 nəfər olub”. Lent.az-ın məlumatına görə, bunu Respublika Narkoloji Mərkəzinin (RNM) şöbə müdiri Afət Məmmədova bildirib. Onun sözlərinə görə, həmin şəxslərin 1878-i ötən il qeydiyyata alınıb. Ötən il RNM-ın stasionlarına qəbul olunan 2105 nəfər xəstədən 568 nəfəri, o cümlədən 44 nəfər qadın, 524 nəfər kişi narkomaniya diaqnozu ilə daxil olub.
“Ötən il ərzində respublika, şəhər və rayon narkoloji dispanserlərinin qeydiyyatında 2239 nəfərin qanı İİV-ə görə müayinə edilib, onlardan 32 nəfərində yoluxma faktı təsdiq olunub”-deyə, A. Məmmədova əlavə edib.
Şöbə müdiri onu da vurğulayıb ki, Respublika Narkoloji Mərkəzində yaradılmış İİV infeksiyası üzrə könüllü məsləhət və müayinə məntəqəsində ötən ilə ərzində 1642 nəfər müayinədən keçib, 64 nəfərdə İİV yoluxması aşkar olunub.