Multikulturalizm Mərkəzi Şirvanda mühazirə keçirib
19 iyun 2015 11:27 (UTC +04:00)

Multikulturalizm Mərkəzi Şirvanda mühazirə keçirib

0

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Şirvan şəhərində “Azərbaycan Multikulturalizmi” mövzusunda mühazirə keçirib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, Şirvanın Gənclər və İdman idarəsində baş tutan, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Mərkəzin mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli ölkəmizdə multikulturalizmin çağdaş tarixi-siyasi reallıqları barədə danışıb.

 

Mərkəzin əməkdaşı multikulturalizmin müasir cəmiyyətlərin ideya-siyasi, sosial- mədəni və digər aspektlərdə tərəqqisini təmin edən aktual sahə olduğunu bildirib. Sonda  Yadigar Məmmədli Prezident İlham Əliyevin fərmanı ilə 2014-cü il may ayının 15-də yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ötən müddət ərzində həyata keçirdiyi layihələr barədə geniş məlumat verib.

 

Mühazirə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkəmizin müxtəlif bölgələrində il boyu davam edən “Azərbaycan Multikulturalizmi: səyyar dərslər” layihəsi çərçivəsində həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar