Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Masallı rayonu İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Masallı rayonu Heydər Əliyev Mərkəzində “Multikultural təhlükəsizlik və onun hüquqi aspektləri” mövzusudna dəyirmi masa keçirilib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, dəyirmi masada 50 yaxın ziyalı və gənclər iştirak edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Rəvan Həsənov multikulturalizm anlayışından, yaranma tarixindən, modellərindən, Azərbaycan multikulturalizmindən bəhs edib və Azərbaycanda etnik qrupların tarixi inkişaf nəticəsində formalaşdığını, amma azərbaycançılıq ideyasının siyasi əsasının 90-cı illərin əvvəllərində Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyib.
Tədbirdə Azərbaycanda miltikulturalizmin özünəməxsus modelinin formalaşdığı, artıq dünya alimlərinin tədqiqat obyekti olduğu və bu gün Azərbaycanın multikulturalizm mərkəzinə çevrildiyi vurğulanıb.
Daha sonra R. Həsənov Masallı rayonu İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaranmasından, fəaliyyətindən və həyata keçirdiyi layihələrdən söhbət açılıb.