Prezident İlham Əliyev “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az prezidentin saytına istinadən xəbər verir ki, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.
“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanda aşağıdakı dəyişikliklər edilib.
“1.1. I qrup əlillərə – 165 manat
1.2. II qrup əlillərə – 143 manat
1.3. III qrup əlillərə – 110 manat.”.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həll tapşırılıb.