Müharibə əlillərinə minik avtomobilləri verildi
18 oktyabr 2013 15:25 (UTC +04:00)

Müharibə əlillərinə minik avtomobilləri verildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun iştirakı ilə 8 nəfər müharibə əlilinə «NAZ-Lifan» markalı minik avtomobilləri təqdim olunub.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a məlumat verilib. Yeni minik avtomobilləri alan əlilləri bu münasibətlə təbrik edərək onlara xoş arzularını çatdıran nazir əlilliyi olan şəxslərin hərtərəfli qayğı ilə əhatə olunmasının möhtərəm dövlət başçısının diqqətində dayanan məsələlərdən olduğunu vurğulayıb.

 

Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin  və Konstitusiya quruluşunun müdafiəsi uğrunda savaşlarda fiziki sağlamlıqlarını itirərək əlil olmuş insanların yeni mənzillərlə, avtomaşınlarla təminatı işləri ilbəil sürətlənir. İndiyədək 5 minədək mənzil inşa olunaraq müharibə əlilləri və şəhid ailələrinin istifadəsinə verilib və 3800 ədədə yaxın avtomobil müharibə əlillərinə təqdim olunub. Qeyd olunan istiqamətlərdə tədbirlər bundan sonra da uğurla davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520

Oxşar yazılar