3425 müəllim iş yerini dəyişmək istəyir
12 iyun 2015 10:30 (UTC +04:00)

3425 müəllim iş yerini dəyişmək istəyir

0

 

Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron ərizə qəbulu iyunun 10-u saat 23:59-da başa çatıb.

 

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 10 gün davam etmiş elektron ərizə qəbulu dövründə 3216 nəfər (94%) Azərbaycan bölməsi, 209 (6%) nəfəri rus bölməsi olmaqla, 3425 nəfər müsabiqədə iştirak etmək üçün müraciət edib. Yerdəyişmə üçün müraciət edənlərin əksəriyyəti (63%) İbtidai sinif (22%), Azərbaycan dili və ədəbiyyat (12%), Riyaziyyat (10%), İngilis dili (10%) və Tarix (9%) müəllimləridir. Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 1303 nəfərin ərizəsi təsdiq olunub.

 

Qeyd edək ki, ərizəsi ləğv edilənlər ümumtəhsil sistemində işləməyənlər, ümumtəhsil müəssisələrində müəllim vəzifəsində çalışmayan və ya müddətli müqavilə əsasında müəllim işləyən, həmçinin hazırda çalışdığı yerdə həvəsləndirmə tədbirləri tətbiq edilənlərdir.

 

Elektron ərizəsi qəbul olunmuş namizədlər iyunun 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında test imtahanında iştirak edəcəklər. İmtahanda iştirak edərək yer dəyişmək hüququ qazanmış müəllimlər üçün isə  müsahibələr eyni ünvanda iyunun 17-də təşkil ediləcək.

 

Yerdəyişmə üzrə müsabiqə yekunlaşdıqdan sonra yenidən müəyyənləşdirilmiş vakant yerlərə müəllimlərin işə qəbulu üzrə elektron ərizə qəbulu 1-15 iyul tarixlərində aparılacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 193

Oxşar yazılar