Vakant müəllim yerlərinə ərizə qəbulu başlanıldı
01 iyul 2015 10:37 (UTC +04:00)

Vakant müəllim yerlərinə ərizə qəbulu başlanıldı

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi yekunlaşdıqdan sonra qalan vakant müəllim yerlərinə işə qəbul üzrə elektron ərizə qəbulu başlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumat görə, ərizə qəbulu 1-15 iyul tarixlərində aparılacaq.

İşə qəbul üçün müsabiqədə iştirak etmək istəyən namizədlər www.miq.edu.az saytına, eləcə də www.edu.gov.az saytında “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olaraq, müsabiqə barədə məlumatlarla tanış ola bilərlər. Namizədlər müsabiqədə iştirak üçün qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdır.

Qeyd edək ki, bu il ümumilikdə 3511 vakant yer müsabiqəyə çıxarılıb. Həmin yerlərin 3202-si (91%) Azərbaycan bölməsi, 309-u (9%) rus bölməsinə aiddir. Ən çox vakant yer kimya (449 yer, 13 % ), ibtidai sinif (440 yer, 13 % ), biologiya (387 yer, 11 % ), fizika (359 yer, 10 % ) və coğrafiya (341 yer, 10 % ) fənləri üzrə elan edilib. Vakant yerlər daha çox Bakı şəhəri (473 yer, 13 % ), Cəlilabad rayonu (205 yer, 6 % ), Lerik rayonu (202 yer, 6 % ), Laçın rayonu (197 yer, 6 %) və Quba rayonunun (184 yer, 5 % ) ümumi təhsil müəssisələrindədir.

Xatırladaq ki, Təhsil Nazirliyi tərəfindən 175 nəfərin iş yerini dəyişməsinə razılıq verilib. İş yerini dəyişənlərdən 172 nəfəri Azərbaycan, 3 nəfəri rus bölməsində çalışan müəllimlərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 294
avatar

Oxşar yazılar