Mübariz Qurbanlının qardaşına vəzifə verildi
22 iyul 2016 18:57 (UTC +04:00)

Mübariz Qurbanlının qardaşına vəzifə verildi

0

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

 

APA-nın məlumatına bununla bağlı baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən Hacıqabul rayon prokuroru Tarıyel Qurbanov tutduğu vəzifədən azad edilərək Bakı şəhər Prokurorluğunun prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi, həmin şöbənin rəisi vəzifəsində çalışan Rövşən Maqsudov isə Hacıqabul rayon prokuroru vəzifələrinə təyin ediliblər. 

 

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

 

Qeyd edək ki, T. Qurbanov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının qardaşıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1844

Oxşar yazılar