MŞ - nin İdarə Heyəti yeni tərkibdə ilk iclasını keçirdi
18 iyul 2013 17:24 (UTC +04:00)

MŞ - nin İdarə Heyəti yeni tərkibdə ilk iclasını keçirdi

Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin ölkə jurnalistlərinin VI qurultayında seçilmiş yeni tərkibinin ilk iclası keçirilib.

 

Toplantını giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov İdarə Heyətinin üzvlərini təbrik edərək onlara qarşıdakı fəaliyyətində uğurlar arzulayıb. Əvvəlcə MŞ İdarə Heyətinin yeni tərkibi təqdim olunub:

 

Jurnalist nümayəndələr

1. Əflatun Amaşov - Azərbaycan Mətbuat Şurasının sədri

2. Vüqar Rəhimzadə - MŞ-nin İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru

3. Umud Mirzəyev - MŞ-nin İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri

4. Rəşad Məcid - MŞ-nin İdarə Heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru

5. Bəxtiyar Sadıqov - MŞ-nin İdarə Heyətinin üzvü, millət vəkili, “Azərbaycan” qəzetinin baş redaktoru

6. Tapdıq Abbas - MŞ-nin İdarə Heyətinin üzvü, “Paralel” qəzetinin baş redaktoru

7. Aydın Quliyev - MŞ-nin İdarə Heyətinin üzvü, “Bakı xəbər” qəzetinin baş redaktoru

8. Rauf Arifoğlu - MŞ-nin İdarə Heyətinin üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru

 

İctimaiyyət nümayəndələri

9. Vüqar Səfərli - MŞ-nin İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru

10. Aqil Abbas - MŞ-nin İdarə Heyətinin üzvü, millət vəkili, “Ədalət” qəzetinin təsisçisi

11. Müşfiq Ələsgərli - MŞ-nin İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri

12. Cavanşir Feyziyev - MŞ-nin İdarə Heyətinin üzvü, millət vəkili

13. Şamil Vəliyev - MŞ-nin İdarə Heyətinin üzvü, BDU-nun jurnalistika fakultəsinin dekanı

14. Musa Qasımlı - MŞ-nin İdarə Heyətinin üzvü, millət vəkili

 

İnternet portallardan olan nümayəndələr

15. Vüsalə Mahirqızı - MŞ-nin İdarə Heyətinin üzvü, APA Holdinqin prezidenti

16. Azər Həsrət - MŞ-nin İdarə Heyətinin üzvü, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri

17. Rasim Əliquliyev  - MŞ-nin İdarə Heyətinin üzvü, İnformasiya Texnologiyaları İnstitutunun direktoru

 

İdarə Heyətinin ehtiyat üzvləri

 

Jurnalist nümayəndələr

18. Yadigar Məmmədli - Demokratik Jurnalistlər Liqasının sədri

19. Akif Aşırlı - “Şərq” qəzetinin baş redaktoru

 

İctimaiyyət nümayəndələri

20. Nəsir Əhmədli - BDU-nun professoru

21. İlham İsmayılov - Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

 

İnternet portallar

22. Sevda Həmidova - “milli.az” xəbər portalının baş redaktoru

 

İclasın gündəliyində duran ilk məsələ Şura sədrinin müavinlərinin seçilməsi olub. İH üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu MŞ sədrinin jurnalistlərdən, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli ictimaiyyətdən olan müavinləri kimi təsdiqləniblər.

 

Komissiyaların müəyyənləşdirilməsi zamanı bildirilib ki, Mətbuat Şurasının Nizamnaməsinə uyğun olaraq Şura sədrinin müavinləri növbəlilik əsasında Şikayətlər üzrə Komissiyaya rəhbərlik etməlidirlər. İlk iki ildə bu vəzifənin icrası U. Rəhimoğluna həvalə olunub. MŞ İdarə Heyətinin üzvləri - «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, Orta Asiya və Guney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Aqil Abbas və Cavanşir Feyziyev, həmçinin BDU-nun jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev birinci müddətə komissiyanın üzvü olaraq təsdiqləniblər.

 

V.Rəhimzadənin «Reket jurnalistika»ya qarşı mübarizə, T.Abbasın Bölgə mətbuatının inkişafı üzrə,  Ş.Vəliyevin Təhsil, M.Ələsgərlinin Sosial, BDU-nun professoru Nəsir Əhmədlinin Dil, C.Feyziyevin beynəlxalq əlaqələr komissiyalarına, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasına sədrliyi məqbul sayılıb. İclasda bu komissiyalarla yanaşı, MŞ-nin «apellyasiya qrupu»nun tərkibi də formalaşdırılıb.

 

Toplantının gündəliyində duran növbəti məsələ MŞ-nin Ali Media Mükafatının təqdimatı ilə əlaqədar olub. Müzakirələrdən sonra mükafatın əsasnaməsinə uyğun şəkildə mükafatın birinci dərəcəsi üzrə bir, ikinci dərəcəsi üzrə üç, üçüncü dərəcəsi üzrə beş laureat müəyyənləşdirilib. Onların adlarının MŞ-nin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuat Günü ilə bağlı birgə keçirəcəyi mərasimdə açıqlanması qərara alınıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640
avatar

Oxşar yazılar