<b>Bakı ətrafı kəndlərdə ilansancma təhlükəsi davam edir</b>
09 avqust 2016 12:10 (UTC +04:00)

Bakı ətrafı kəndlərdə ilansancma təhlükəsi davam edir

0

 

Avqust ayı başlayandan bu günə qədər Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayı açıqlanıb.

 

Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Lent.az-a açıqlamasında bildirib ki, bu günlər ərzində ümumilikdə 8 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib. Bundan başqa, gündəlik olaraq alkol sərxoşluğu şikayəti ilə bağlı Mərkəzə 2-3 şikayət  daxil olub.

A. Maqsudov avqust ayının ilk günlərində yaşanan həşərat dişləmələrinin də sayını açıqlayıb.

O bildirib ki, avqustun 1-dən bu günə qədər 4 nəfər ilansancma hadisəsi ilə bağlı müraciət edib. İlansancma halları əsasən Bakı ətrafı kəndlərdə qeydə alınıb.

 

A.Maqsudov əlavə edib ki, bu müddət ərzində şöbəyə qara qurd halı ilə bağlı 1 və əqrəb sancma halları ilə bağlı isə 3 şikayət daxil olub: “ Qaraqurd dişləməsi ilə bağlı Şamaxıdan gətirilən 15 yaşlı Ruqiyyə Adıgözəlova şöbəmizə gec gətirildiyi üçün həmin gün axşam dünyasını dəyişib. Həşərat dişləmələri zamanı başqa ölüm halı qeydə alınmayıb”,

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar