Diaspor rəhbərimiz Rusiyada fəxri fərman alıb
25 may 2015 15:32 (UTC +04:00)

Diaspor rəhbərimiz Rusiyada fəxri fərman alıb

 

RF Dövlət Dumasının sədri Sergey Narışkinin qərarı ilə Rusiyanın Əməkdar İnşaatçısı, Moskva vilayətinin Domodedovo şəhər dairəsinin Deputatlar Sovetinin deputatı, Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov RF Dövlət Dumasının “Parlamentarizmin inkişafında xidmətlərə görə” Fəxri fərmanı və nişanı ilə mükafatlandırılıb.

 

Lent.az-ın məlumatına görə, Ə.Rəhimov bu yüksək mükafata Rusiya Federasiyasının qanunvericiliyinin inkişafına əhəmiyyətli töhfəsinə görə layiq görülüb.

 

Mükafatın təqdimatında  qanunvericiliyin inkişafında Ə.Rəhimovun xidmətləri və onun Domodedovo şəhərinin infrastrukturunun inkişafına böyük töhfəsini vurğulanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 143
avatar

Oxşar yazılar