Misirdə “Xəmsə”nin 6 əlyazması tapılıb
05 may 2015 15:02 (UTC +04:00)

Misirdə “Xəmsə”nin 6 əlyazması tapılıb

 

 

Misirin paytaxtı Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (Dəru əl-Kutub əl- Misriyyə) Nizami Gəncəvinin əlyazmaları tapılıb.

 

Bu barədə APA-ya Qahirə Açıq Amerika Universitetinin Ərəb dili və Ədəbiyyatı fakültəsinin doktorantı Seymur Nəsirov məlumat verib.

 

S. Nəsirov deyib ki, həmin kitabxanada Nizami Gəncəvinin “Xəmsə”si tapılıb. Burada “Xəmsə”nin altı əlyazma nüsxəsi var.

 

S. Nəsirov bildirib ki, bu istiqamətdə tədqiqatlar davam edir və yaxın gələcəkdə ölkəmizlə bağlı yeni əlyazmalar haqqında məlumatlar veriləcək.

 

Qeyd edək ki, “Misir Kitablar Evi” (Dəru əl-Kutub əl- Misriyyə) dünyanın ən məşhur kitabxanalarından biridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 98
avatar

Oxşar yazılar