Mirkamil Kamilov: “Məclisdə yaramı tutub oxumuşam”
28 yanvar 2016 19:26 (UTC +04:00)

Mirkamil Kamilov: “Məclisdə yaramı tutub oxumuşam”

“O qədər ağrı çəkmişəm ki... 12 ildir tək yaşayıram. Əməliyyatdan sonra həkim 6 ay istirahət etməyimi tapşırmışdı. O düşünmüşdü ki, mən qayıdanda yaxşı qulluq görəcəyəm. Amma qayıdandan iki gün sonra məclisə getməli oldum. Ehtiyac üzündən məclisə getməli oldum. Məclisdə yaramı tutub oxumuşam”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişinin qonağı, müğənni Mirkamil Kamilov deyib.

 

Qonaq, dünyada populyar musiqinin öndə olduğunu, lakin əsl sənətə də diqqət ayrılmasının mühüm olduğunu dilə gətirib: “Azərbaycan folkloru digər folklorlardan fərqlənir. Musiqi janrları – rok, pop, caz, bluz. Bu janrlar bizim muğamın yanında acizdir. Dünya arenasında məşhur ola bilər. Pop ifaçıların izləmə sayı milyonları keçib, amma əsl sənətə 20-30 min baxış var çünki əsl sənəti başa düşən insan çox azdır. Bayağı musiqiləri tənqid edəndə elə bilirlər paxıllıq edirik. Azərbaycanın dünyaya səs salan musiqiçiləri var. Onlardan biri də caz ifaçısı Əzizə Mustafazadədir. Onun şəklini evimdən asmışam”.

 

Yeni işlərindən də danışan müğənni bildirib ki, o, bəstəkar Emil Şahinlə işbirliyinə başlayıb: “İlk işbirliyimiz də Azərbaycan xalq bəstəkar mahnılarından ibarət 18 dəqiqəlik layihə hazırladıq. 21 mahnıdan ibarətdir. Layihə 13 musiqiçinin ifası vasitəsilə reallaşıb”.

 

O, qeyd edib ki, uğur qazansa belə, bir yerdə dayanmır və daima işləyir: “Ana” adlı yeni bir mahnı yazdırmışam. Musiqisi Emil Şahinə məxsusdur. Həm klassik mahnılara müraciət edəcəyəm, həm də yeni mahnılar yazdıracağam. Yeni layihələr düşünürük. Emil Şahinlə birgə Afrika ilə bağlı kompozisiya hazırlamağı planlaşdırırıq. Eyni zamanda, “Kral Pop”la danışıqlar aparılıb. Sadəcə, bir az çətin məsələdir. Oradan bəstə götürmək lazımdır. Bu isə riskdir. Bizə Fəyyaz Xuruşun bir mahnısını yollayıblar. Kibariyə xanımla da işbirliyimiz olmalıdır, amma qəliz məsələdir. Çünki Türkiyədə ifaçılar çoxdur. Və onlar görmədikləri bir şey istəyirlər”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar