Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq
16 sentyabr 2015 15:35 (UTC +04:00)

Mingəçevirdə əhalinin tibbi müayinəsi aparılacaq

0

Sabah  Respublika Diaqnostika Mərkəzinin həkim briqadası Mingəçevir Mərkəzi Rayon Xəstəxanasında Mingəçevir, Ağdaş, Yevlax və digər qonşu rayon əhalisinin müayinələrini təşkil edləcəklər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müayinələrdə otorinolarinqoloq (LOR), oftalmoloq, neyrocərrah, pediatr-neonatoloq, radioloq, ginekoloq və terapevt iştirak edəcək.

 

Qeyd edək ki, RDM-in mütəxəssisləri tərəfindən həyata keçirilən bu regional aksiya artıq ənənəyə çevrilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar