Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli, 2837 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində icrası ilə əlaqədar olaraq Tədbirlər Planı təsdiq edilib.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tədbirlər Planında Komitənin müvafiq struktur bölməsinə Azərbaycana idxal olunan malların etiketlərində və adlarında istehlakçılar üçün Azərbaycan dilində zəruri məlumatların olmasına nəzarətin gücləndirilməsi tapşırılıb.
Bundan başqa Komitə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sisteminin yaradılması ilə bağlı işlərə də başlayıb.
Ramiz Mikayıloğlu