Milli Məclisin Komitə sədri: "JEK”lər tezliklə ləğv olunacaq"
"Tezliklə mənzil istismar idarələri ləğv olunacaq". Lent.az-ın məlumatına görə, bunu interaztv-ə açıqlamasında Milli Məclisin Komitə sədri Arif Rəhimzadə bildirib. Onun sözlərinə görə, Mənzil-Kommunal İslahatlarına Dəstək Fondu yaradılmalı və mənzil sahələrinin sosial normalarının standartları işlənilməlidir:
“Mənzil istismar sahələri faktiki fəaliyyət göstərmələrinə baxmayaraq, onların bu fəaliyyəti üçün heç bir hüquqi aspekt yoxdur. Hazırda çoxmənzilli binaların idarəsinə MİS-lər baxsa da, 3 il əvvəl qəbul olunmuş Mənzil Məcəlləsində binaların idarə edilməsinin üç üsulu göstərilib. Binaların sahə mülkiyyətçiləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və idarəedici təşkilat tərəfindən idarə olunması”.
O, qeyd edib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada MİS -lərin adı qeyd olunmayıb. Məhz bu səbəbdən də yaxın vaxtlarda MİS -lərin fəaliyyəti tamamilə dayanacaq. “Bu qurum ləğv edildikdən sonra bu funksiyanı kimin üzərinə götürəcəyi ilə bağlı ictimai təşkilatlar yaradılmalıdır. İndi cəmiyyətimizdə bu məsələyə lazımi istək və lazımi həvəs yoxdur. Bundan əlavə Arif müəllim 2014-cü ilin büdcəsindən də danışıb və bildirib ki, bələdiyyələrə ayrılan dotasiyalar bir neçə dəfə artırılmalıdır. Əvvəlki illərin büdcəsində bu məbləğ bir neçə dəfə artırılmışdı, bu ilin büdcəsində isə bu nəzərdə tutulmayıb” - deyə, A. Rəhimzadə əlavə edib.əsində isə bu nəzərdə tutulmayıb” - deyə, A. Rəhimzadə əlavə edib.