Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın Azərtac-a istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkədə elmi-mədəni və ədəbi irsin qorunub saxlanılmasında mühüm xidmətləri olan Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərar verib:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin;
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.