Qənirə Paşayeva dövlət qurumlarına müraciət etdi
08 iyun 2015 10:57 (UTC +04:00)

Qənirə Paşayeva dövlət qurumlarına müraciət etdi

Millət vəkili Qənirə Paşayeva Tovuz kənd sakinlərinin problemləri ilə bağlı dövlət qurumlarına müraciət edib.

Lent.az-ın məlumatın görə, Tovuzun Düz Cırdaxan kəndində kənd sakinləri ilə görüşən millət vəkili bir çox xəstələrin vəziyyəti ilə maraqlandıqdan sonra  bəzi xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.

Kəndin fiziki imkanları məhdud sakinləri ilə görüşən Q.Paşayeva onların qayğıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Müraciətlərə əsasən millət vəkili ünvanlı sosial yardımla bağlı problemlərə qısa zamanda baxılmasına dair rayonda bu sahəyə cavabdeh qurumla müzakirələr aparıb.

Sakinlərin  təhsil, səhiyyə, bəzi ailələrə verilən qaz, su və elektrik təchizatının, kəndə verilən əkin suvarması suyu ilə bağlı təchizatın daha da yaxşılaşdırılması ehtiyacı ilə bağlı müzakirələr aparan millət vəkili vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə, bəzi məsələləri parlamentdə səsləndirməyə çalışacağını bildirib.

 Millət vəkili Qənirə Paşayeva  Düz Cırdaxanda şəhid ailələri ilə görüşüb və onların qayğıları ilə xüsusi maraqlanıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 326
avatar

Oxşar yazılar