Millət vəkili Qənirə Paşayeva Tovuzun və ölkəmizin ən böyük kəndlərindən biri olan Dönük Qırıqlıda sakinlərlə görüşüb, onlarınn Ramazan bayramını təbrik edib, qayğı və problemlərini dinləyib. Lent.az xəbər verir ki, bir sıra imkansız ailələri və xəstələri ziyarət edib və onların Ramazan bayramını təbrik edən millət vəkili Qənirə Paşayeva sakinlərlə görüş zamanı vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib. Millət vəkili Qənirə Paşayeva həmçinin həmin kəndlərdə fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Seçicilər millət vəkili ilə görüşdə ən çox ünvanlı sosial yardımla bağlı müraciət ediblər və o da rayonda bu sahəyə cavabden qurumla danışaraq dəstək göstərmələrii xahiş edib.Sakinlər kəndin ən ciddi probleminin özəlliklə yay aylarında içməli və əkin sahələrini suvarma suyu olduğunu bildirərək millət vəkilindən bu problemin həllində dəstək olmasını xahiş ediblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Tovuzda əhali əsasən kənd təsərrüfatı ilə məşğul olur və əkinlərini zamanında suvarıla bilməsi onlar üçün ən əsas məsələdir. Ötən ilin yayının quraqlıq olduğunu və insanların əkin sahələrinin suvarılmasından böyük əziyyət çəkdiyinin şahidi olduğunu deyən millət vəkili Qənirə Paşayeva sakinlərin bu illə bağlı narahatlığını çox yaxşı anladığını deyib. Prezident İlham Əliyev tərəfindən bu ilin Kənd Təsərrüfatı ili elan olunduğunu diqqət çəkən millət vəkili Qənirə Paşayeva dövlətin bu istiqamətdə insanlara dəstəyinin daha da artacağını deyib. Millət vəkili Qənirə Paşayeva onların içməli və suvarma su ilə bağlı problemlərini bildiyini,bu barədə artıq müvafiq qurumlara müraciət etdiyini, amma Bakıya döndüyü zaman təkrar hökumətə çatdıracağını, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynova və Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Ədmədzadəyə içməli və əkin sahələrinin suvarılması ilə bağlı problemlərin həllinə dəstək olunmasını təkrar xahiş edəcəyini deyib. Sakinlərlə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən də danışıb, sualları cavablandırıb.Millət vəkili Qənirə Paşayeva kənd sakinlərini mənzillərini sığortalamağa çağırıb və bildirib ki, bu çox ciddi məsələdir. Çünki evləri müxtəlif hadisələr zamanı yararsız vəziyyyətə düşmüş bəzi ailələrin üzləşdiri problemlər bu məsələyə daha həssas yanamağı tələb edir. Millət vəkili sakinləri uşaqların təhsilə daha da ciddi önəm verməyə də çağırıb. Millət vəkili kənddə sakinlərlə görüşdən sonra balacalara da xüsusi diqqət ayırıb. Onlarla söhbət edən Qənirə Paşayeva analarla da geniş söhbət edib və balacaları zərərli təsirlərdən qorumağa, onların fiziki olduğu qədər mənəvi olaraq da sağlam böyüməsinə xüsusi diqqət etməyə çağırıb. Qənirə Paşayeva sakinlərə bayram hədiyyələrini və müəllifi olduğu kitabları imzalayaraq hədiyyə edib və onlara hər günlərinin bayram kimi keçməsini diləyib.
SOSİAL
- Ana səhifə
- SOSİAL
Millət vəkili kənd sakinlərinə kitab hədiyyə etdi
- Problemlərinizi hər kəsə danışmayın: Bunun 3 ciddi səbəbi var
- Leyla Əliyeva ailə fotosunu paylaşdı
- Sabah bu yollar bağlanacaq
Oxşar yazılar
XƏBƏR LENTİ
17:16Unibank sahibkarlar üçün Yaşıl kredit təqdim edir: illik faiz 12%-dən başlayır
17:14Qadının üzünü daha gənc göstərən 13 saç kəsimi
17:00Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
16:50“Nar” inklüziv mövzulu sənədli filmin nümayişinə dəstək göstərib
16:47Həcc ziyarətinin qiyməti bahalaşa bilər - Sabahdan sənəd qəbulu BAŞLAYIR
16:45Bakıda "yarımçıq asfalt" çəkilib? - "Yolun o biri üzü keçilməz haldadır"-VİDEO
16:42Ərinin soyadını daşımayanlar daha çox boşanır - ARAŞDIRMA
16:39Tanışının evindən 33 min manat oğurladı
16:36Əfv sərəncamının icrası başa çatdı - YENİLƏNİB
16:27Qonşunun həyətindəki səs-küy narahat edirsə, qanuni nə etmək olar? - CAVAB
16:23Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir?
16:12Yamal futbolda əsas hədəfini AÇIQLADI
15:57Qadın 30,75 saniyəyə burrito yedi: Ginnesin Rekordlar Kitabına düşdü
15:42Xaricdə qadını amansızlıqla öldürən azərbaycanlılara 27 il HƏBS CƏZASI
15:40Tiktok-da söyüş söyən "Sarışın gözəl" HƏBS OLUNDU
15:32Şirkətlərinin 13 milyondan çox borcu olan iş adamının Azərbaycandan çıxışına QADAĞA
15:27Martin Ryan azadlığa buraxıldı
15:17“Mercedes” komandasının rəhbəri Bakıya gəlməyəcək
15:13"44"ün 6-cı tizeri də təqdim edildi - VİDEO
15:02Sumqayıtda kişi qayınatasının çəliyi ilə arvadını döydü
14:59“MyShops”dan “Nothing” smartfonu al, "Azercell"dən 6 ay ərzində 6GB internet hədiyyə qazan!
14:56Naxçıvanda yol FACİƏSİ: körpə öldü, valideynləri yaralandı
14:48Uşağa yeməkdə bunları qadağan etməyin
14:37Leysan və sel XƏBƏRDARLIĞI
14:35Mansur Yavaş CHP-dən getdi
14:34Bir "qanuni oğru" digərini kürəkənlə "söhbət"ə apardı: ikisi də TUTULDU - VİDEO
14:23"Başıma elə vurdu ki, həmin yerdən tük bitmədi" - Bacısı oğluna işgəncə verən Günayın İŞİ
14:19Aristotelin İsgəndərə dərs dediyi məktəb tapıldı - 2300 illik sirr açılır
14:17Nərimanovda yeni mənzillər satışa çıxdı: Hansı seçimlər var?
14:16Yaşasaydı 75 yaşı tamam olacaqdı...
14:14YAP İdarə Heyəti toplaşır - Partiya oktyabrda qurultay keçirəcək
14:05"Repetitorlar vergi ödəməlidirlər" - Yayınanlar bu qədər cərimələnəcək
13:51Futbolçular hakimi yerə yıxıb vəhşicəsinə döydülər - VİDEO
13:37Həftəsonu çox yatanların təzyiqi normal olur - ARAŞDIRMA
13:223 aya xarici dili necə öyrənmək olar? - 16 dil bilən ən məşhur poliqlotun üsulu
13:07"Zaqatala"nın futbolçusu bu hərəkətinə görə CƏZALANDIRILDI
13:04Masazırda TIR taksinin üstünə aşdı, ölən var
13:00Azərbaycan onu Türkiyəyə təhvil verdi
12:52Lənkəranda körpə anasının bətnində öldü
12:49Nahardan sonra yuxunuz gəlirsə, səbəb yalnız yorğunluq deyil
12:41Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
12:34Bərdədə avtomat satan TUTULDU
12:30Bakıda skuter FACİƏSİ: ölən var
12:29Haalanddan türk mahnısı ilə sürpriz: Görün nəyə qulaq asır
12:15Sabah bu bölgəyə leysan yağacaq - hava PROQNOZU
12:05Bakı-Şamaxı yolunda ata və oğul yanan maşından belə çıxarıldı - HADİSƏ ANI
12:00Bakıda 91 yaşlı kişini maşın vurub öldürdü
11:44Sürücü qızları mindirdi, kişini avtobusa buraxmadı - Rəsmi CAVAB
11:38İnsanların yalnız 15 faizində bu qan növü var: heyrətamiz xüsusiyyəti
11:23Prezident Ryan Martin Riçardı da ƏFV ETDİ
11:22İlham Əliyev ƏFV SƏRƏNCAMI imzaladı - SİYAHI
11:18Həbsdə olan keçmiş komissar azadlığa buraxıldı
11:11Xəstəxanaya yerləşdirilən tanınmış aktyorun vəziyyəti kritikdir
10:55Naxçıvanın tanınmış atleti SAXLANILDI
10:52Rusiyada azərbaycanlılara görə divarları yazan HƏBS OLUNDU
10:50Bakı Təhlükəsizlik Forumu: Qlobal təhdidlər fonunda etimad
10:46Bakıya bu yolla daxil olun - Polisdən ÇAĞIRIŞ
10:43Azərbaycanın dağ-mədən və metallurgiya sənayesində yeni mərhələ: xammaldan hazır məhsula
10:42Təbiətlə incəsənətin vəhdət yeri - "NƏSİMİ BAĞLARI"NDAN FOTOREPORTAJ
10:41Kolumbiya ilə viza rejimi LƏĞV OLUNDU