Mikayıl Cabbarov əmr imzaladı
13 sentyabr 2013 13:04 (UTC +04:00)

Mikayıl Cabbarov əmr imzaladı

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil müəssisələrinin ilk dərs məşğələsi haqqında əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Əmrə əsasən, 2013-2014-cü tədris ilindən başlayaraq ümumi təhsil müəssisələrinin V-XI siniflərində ilk dərs “Mənim Vətənim – doğma yurdum” mövzusuna həsr olunacaq.

 

Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, nazirliyin tabeliyindəki ümumtəhsil müəssisələrinin direktorlarına tapşırılıb ki, həmin mövzuda keçirilən dərslərdə Heydər Əliyevin Vətən və xalq qarşısında müstəsna xidmətlərinin izahına, Azərbaycanın dövlət rəmzləri haqqında şagirdlərin biliklərinin möhkəmləndirilməsinə, onlarda respublikamızın, eləcə də yaşadıqları ərazinin flora və faunası, tarixi və mədəni abidələri, görkəmli şəxsiyyətləri, ölkəmizin dünya birliyində mövqeyi, son dövrlərdə qazandığı nailiyyətlər, Vətən uğrunda şəhid olmuş qəhrəmanlar barədə məlumatların artırılmasına xüsusi diqqət yetirilməsini təmin edilməlidir.

 

Əmrə əsasən, 2013-2014-cü tədris ilində ümumtəhsil məktəblərində keçiriləcək “Bilik günü”ndə, habelə ilk dərslərdə məktəbin sabiq məzunlarının, ictimaiyyətin nümayəndələrinin, əmək və müharibə veteranlarının iştirak etmələri üçün təşkilati tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1953

Oxşar yazılar