Mikayıl Cabbarov Avropa ölkələrinin səfirləri ilə görüşüb
04 iyun 2013 16:58 (UTC +04:00)

Mikayıl Cabbarov Avropa ölkələrinin səfirləri ilə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov İsveç Krallığı, Polşa Respublikası və Macarıstan Respublikasının Azərbaycandakı səfirləri ilə ikitərəfli görüşlər keçirib. Təhsil Nazirliyinin mətbuat idmətindən Lent.az-a verilən xəbərə görə, görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak edib.

 

Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin genişləndirilməsi, təcrübə və tələbə mübadiləsi, münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar